Putin Rusiya telekanallarını I Avropa Oyunlarını təbliğ etmədikləri üçün tənqid etdi
Prezident Vladimir Putin Rusiya telekanallarını Bakıda keçiriləcək I Avropa Oyunlarını kifayət qədər işıqlandırmadıqları üçün kəskin tənqid edib.
APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Kreml rəhbəri bunu vacib hesab edir.
"Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov mənə müraciət edib. Bakıda ilk dəfə Avropa Oyunları keçirilir. Necə ola bilər ki, bu böyük hadisə bizim televiziyalarda yetərincə işıqlandırılmasın?" - deyə Putin sual verib. Rusiya rəhbəri bu Oyunları böyük idman hadisəsi adlandırıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Vladimir Putin iyunun 12-də Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasiminə qatılacağını təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR
19:33
927
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
899
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
905
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1270
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1526
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1550