Makedoniya növbədənkənar parlament seçkilərinə gedir
Makedoniyanın siyasi partiyalarının liderləri ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə razılığa gəliblər.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Avropa İttifaqı bu qərarı dəstəkləyib.
Partiya rəhbərləri ümumi qərara gəlmək üçün 8 saat müzakirə aparıblar. Danışıqlara qatılmaq üçün Avropa İttifaqının genişlənmə siyasəti üzrə komissarı Yohannes Hann da Skopyeyə gəlib.
Xatırladaq ki, ölkədə son parlament seçkiləri ötən il baş tutub. Müxalifət bu seçkilərin nəticələrini tanımadığını bildirib və parlamentin işini boykot edib. Bu isə Makedoniyada siyasi böhrana gətirib çıxarıb. Keçən ay başlayan kütləvi etiraz aksiyalarında müxalifət hazırkı baş nazirin istefasını tələb etməyə başlayıb. Bundan əlavə, ölkədə polislə alban əhali arasında silahlı insident yaşanıb. Albanların da hökumətdən narazı olduğu bildirilib.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi