Suriyaya İŞİD sıralarında döyüşməyə gedən 400 uyğur həbs olundu
Şərqi Türküstan uyğurlarının aldadılaraq Suriyaya döyüşə aparıldığı ortaya çıxıb.
APA TV-nin məlumatına görə, insan alverçiləri onları təyyarə ilə İstanbula gətirib, sonra sərhəddən keçirərək Suriyadakı qanlı döyüşlər gedən bölgələrə aparıb. Təşkilatçılar bundan öncə Avropa da daxil olmaqla dünyanın bir çox ölkəsindən insanların Suriyaya keçirilməsinə nail olublar.
"Milliyet"in xəbərinə görə, Çinin Sintszyan Uyğur Muxtar Vilayətində yaşayan türklər İstanbula gətirildikdən sonra Türkiyə sərhədlərindən Suriyaya keçirilir və daha çox İŞİD terrorçularının tərəfində döyüşlərdə istifadə olunurlar. Çin hökumətindən narazı olan 400-ə yaxın uyğur Türkiyədə yaxalanıb. Onların Suriyada "dini qaydalara uyğun rahat yaşam" vədi ilə aldadıldığı bildirilir. Ölkə ərazisində keçirilən əməliyyatda insan alverində günahlandırılan əksəriyyəti Türkiyə vətəndaşı olan 15 nəfər tutulub.
Qeyd edək ki, uyğurların Suriyada İŞİD tərkibində döyüşdüklərini təsdiqləyən videolar var.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi