Vurduğu piyadanı xəstəxanaya çatdırdı - YOL ƏHVALATI
Gecə saatlarında Bakının Nərimanov rayonu ərazisində piyadanı avtomobil vurub. APA TV-nin məlumatına görə, metronun "Gənclik" stansiyasının yaxınlığında, Fətəli xan Xoyski küçəsində 50 yaşlı Xıdırov Abbas Misirxan oğlu yolu qarşı tərəfə keçmək istəyən zaman "Mercedes" markalı minik maşınının zərbəsinə tuş gəlib. Xəsarət alan piyada elə həmin avtomobilin sürücüsü tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb. Həkimlər Abbas Xıdırova qapalı kəllə-beyin travması diaqnozu təyin edib. Onun aşağı ətraflarında da sınıq xəsarətləri aşkar olunub.
Yol qəzası ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaqçıları məlumatlandırılıb. Sürücü ifadəsinin alınması üçün polisə dəvət olunub. Hadisənin piyadanın ehtiyatsızlığı səbəbindən baş verdiyi ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi