Sabah Bakıda 33 dərəcə isti olacaq
Bakı və Abşeron yarımadasında iyunun 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 18-21, gündüz 28-33 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 50-60 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 18-19, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Şıx, Sahildə 21-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi