Azərbaycan prezidenti ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Respublikası baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, İvitsa Daçiçlə son görüşünü məmnunluqla xatırlayan dövlət başçısı onun ATƏT-in sədri kimi ölkəmizə səfərinin önəmini qeyd edib.
İvitsa Daçiç isə Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasimində ölkəsinin prezidentinin iştirak edəcəyini vurğulayıb. Serbiyanın baş naziri Aleksandr Vuçiçin bu yaxınlarda Azərbaycana etdiyi səfərə toxunan nazir onun bu səfərdən çox məmnun qaldığını deyib.
Görüşdə Azərbaycan-ATƏT əməkdaşlığının perspektivləri, Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi, təmas xəttində baş verən hadisələr, problemin həllinin uzadılması, münaqişənin həllinə yanaşmada ikili standartların mövcud olması və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi