Avropa Oyunlarının məşəli Xızıda
I Avropa Oyunlarının məşəli Xızı rayonuna gətirilib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Sumqayıt şəhərindən sonra Xızıya gətirilən məşəl şəhərin Heydər Əliyev prospektində rayon ictimaiyyət nümayəndələri tərəfindən qarşılanıb.
Məşəl Yeni Yaşma kənd tam orta məktəbinin fiziki hazırlıq müəllimi Ağəli Əsgərov tərəfindən qəbul olunub. Bundan sonra 10 nəfər məşəlçinin yürüşünə start verib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək, Heydər Əliyev prospekti boyunca iki kilometrədək məsafəni qət edərək Heydər Əliyev adına parka gətiriblər. Burada fəxri bədən tərbiyəsi və idman işçisi Elmik Məmmədhəsənov məşəli alovlandırıb. Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib. Mərasim iştirakçıları Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı izləyiblər.
Beləliklə, Xızı I Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 53-cü yaşayış məntəqəsi olub.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi