Pakistanda növbəti avtobus qətliamı: 19 ölü
Pakistanda terrorçular yolda saxlatdırdıqları iki sərnişin avtobusunu gülləbaran ediblər.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, sərnişinlərdən 19 nəfəri ölüb, bir nəfər yaralanıb.
Girov götürülənlər də var. Sonradan onların beşi sərbəst buraxılıb. Terrorçular aradan çıxıblar.
Bəlucistan əyalətinin hüquq-mühafizə orqanları basqınçıların 20 nəfər olduğunu ehtimal edirlər. Hadisə ilə bağlı məsuliyyəti hələlik heç bir terror təşkilatı üzərinə götürməyib.
Xatırladaq ki, 17 gün əvvəl ölkənin Kəraçi şəhərində də analoji hadisə yaşanmışdı. Həmin hadisədə 46 nəfər öldürülmüş, 15 nəfər yaralanmışdı. Məsuliyyəti isə İŞİD üzərinə götürmüşdü.
OXŞAR XƏBƏRLƏR
18:35
453
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
16:23
576
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
15:08
765
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
16:36
1119
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1137
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1856