Səudiyyə Ərəbistanındakı şiə məscidini İŞİD partladıb
Səudiyyə Ərəbistanının Əd-Dəmmam şəhərində şiə məscidinin parladılması məsuliyyətini İŞİD üzərinə götürüb. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, hadisə ötən həftə baş verib.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, partlayış nəticəsində 4 nəfər həyatını itirib, ölənlərdən biri terror aktını həyata keçirən şəxsdir.
Terrorçu-kamikadze məscidin çıxışında saxladığı avtomobili partladıb. Terror aktının həyata keçirildiyi Əş-Şərqiyyə əyalətinin sakinləri əsasən şiələrdir. Bölgədə dini zəmində tez-tez müxtəlif cinayətlər törədilir. Son vaxtlar isə şiələrə aid məscidlərə hücumlar intensivləşib. Hadisə etirazlara səbəb olub, aksiyalar keçirilib. Dəfn mərasiminə gələnlərin sayı minlərlə olub.
OXŞAR XƏBƏRLƏR
19:33
1048
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1008
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
1022
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1280
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1536
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1560