Poroşenko: “Donbasda münaqişə dövründə 1800 ukraynalı hərbçi həlak olub”
Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda münaqişə dövründə 1800 ukraynalı hərbçinin həlak olduğunu bildirib.
APA TV-nin məlumatına görə, bu barədə Pyotr Poroşenko “İnter” telekanalına müsahibəsində bildirib.
“2014-2015-ci illərdə Ukraynanın müstəqilliyi uğrunda müharibədə 1800-dən çox hərbçimiz həlak olub”, - deyə Poroşenko bildirib.
Poroşenko Rusiyanın Ukrayna planını da açıqlayıb. Onun sözlərinə görə, “Novorossiya” layihəsinə görə Ukraynanın daha 9 vilayəti ələ keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl tanınmamış "Donetsk Xalq Respublikasının Xalq Şurası"nın vitse-spikeri bəyan etmişdi ki, münaqişə zamanı Donbasda ölənlərin 90%-i dinc sakindir.
OXŞAR XƏBƏRLƏR
18:35
436
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
16:23
560
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
15:08
740
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
16:36
1117
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1134
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1854