Rövşən Lənkəranskinin şübhəli bilindiyi cinayət işi bağlandı
Rusiyada "qanuni oğru" Ded Xasanın qətli ilə bağlı açılan cinayət işi dayandırılıb.
APA TV-nin xəbərinə görə, bu barədə "İnterfax" hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, cinayət işi dayandırılsa da, cinayətkarların axtarışı davam etdirilir.
"İstintaq qanunla nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirib, lakin bu heç bir nəticə verməyib. İstintaq işinin başlanmasından iki il ötdükdən sonra müstəntiq Cinayət-Prosessual Məcəlləsinə müvafiq olaraq təhqiqatı dayandırıb", - deyə mənbə bildirib.
Qeyd edək ki, 2013-cü ilin yanvarında kriminal aləmdə söz sahiblərindən biri kimi tanınan Ded Xasan Moskvada "Starıy fayton" restorandan çıxarkən snayper tərəfindən vurularaq qətlə yetirilib.
Kriminal aləmdə Ded Xasanın ölümündə Rövşən Lənkəranski şübhəli bilinir.
OXŞAR XƏBƏRLƏR
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib