Qaxda mobil telefonla danışan qızı ildırım vurdu
Qax rayonunda 26 yaşlı qızı ildırım vurub.
APA TV-nin məlumatına görə, hadisə mayın 28-i axşam saatlarında Qax rayonunun Zəyəm kəndində baş verib.
1989-cu il təvəllüdlü Nurlu Səməndər qızı Surxayeva yaşadığı evin həyətyanı sahəsində mobil telefonla danışan zaman onu ildırım vurub. 26 yaşlı Nurlu Surxayeva Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qax MRX-dan APA TV-yə verilən məlumata görə, N.Surxayeva xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR
19:33
1108
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1069
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
1081
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1282
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1539
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1562