Təmas xəttində yanğınlar davam edir
Ermənistan Silahlı Qüvvələrinin Ağdam istiqamətində törətdiyi yanğınlar gecə saatlarında da davam edib.
APA TV-nın Qarabağ bürosunun xəbərinə görə, günorta saatlarında Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin ərazisində törədilən yanğın qoşunlar arasındakı neytral sahəni aşaraq rayonun cəbhəyanı yaşayış məntəqələri olan Orta Qərvənd və Çıraqlı kəndlərinə qədər genişlənib.
Dərhal hər iki kəndə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadaları cəlb edilib. Alov lokallaşdırılmaqla yaşayış evləri, əkin sahələri və digər infrastruktur obyektləri mövcud yanğın təhlükəsindən xilas olunub.
Təmas xətti boyunca ətrafda qatı tüstü müşahidə olunub.
OXŞAR XƏBƏRLƏR
19:33
1108
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1069
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
1081
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1282
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1539
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1562