“Bakı bulvarı”nda atışma: 4 yaralı
Moskvadakı “Bakı bulvarı” restoranında müştərilər arasında yaranan mübahisə atışma ilə nəticələnib.
Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Neverovski küçəsində yerləşən restorandakı insident gecə saat 1:00 radələrində baş verib.
Münaqişə zamanı 4 nəfər - R.Mustafayev, R.Bayramov, M.Ramazanov və A.Maqomedov müxtəlif dərəcəli xəsarət alıblar. Onların hamısı Sklifosovski xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, atəş odlu silahdan açılıb. Polis hadisə yerində araşdırma aparır, insidentin hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir.
Şahidlərdən birinin sözlərinə görə, atışma restorandan kənarda da olub. Küçədə qara geyimli naməlum şəxslər fəal şəkildə atışıblar.
OXŞAR XƏBƏRLƏR
19:33
1128
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1088
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
1100
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1286
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1542
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1565