İraq şiə könüllüləri İŞİD-ə qarşı hərbi əməliyyata başladı
İraqda İŞİD-ə qarşı döyüşdə uduzan ordu, hərbi əməliyyatın idarə edilməsini şiələrdən ibarət könüllülərə həvalə edib.
APA TV-nin məlumatına görə, Ramadini almaq üçün şiələrdən ibarət könüllülər xüsusi əməliyyata başlayıblar.
Könüllülərin hərbi əməliyyatına ABŞ da dəstək verib. Amerika Ramadidə İŞİD-in hədəflərinə hava hücumu təşkil edərək könüllülərin irəliləməsinə nail olub.
Hərbi əməliyyata "Əmr et, ya Hüseyn" adının verilməsini isə Birləşmiş Ştatlar birmənalı qarşılamayıb. Rəsmi Pentaqondan verilən açıqlamada bildirib ki, əməliyyatın bu cür adlandırılması məzhəblər arasında gərginliyə səbəb ola bilər.
Qeyd edək ki, İŞİD-dən qaçan Ramadi sakinləri hələ də Bağdad yaxınlığında gözləyirlər. Buna səbəb isə 55 min iraqlı arasında İŞİD üzvünün ola bilmə ehtimalının yüksək olmasıdır.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi