Dəhşət! Hindistanda istidən ölənlərin sayı 1100-ü keçdi
Hindistanın cənubunda hökm sürən anomal isti hava 1100-dən çox adamın ölümünə səbəb olub.
APA TV-nin məlumatına görə, anomal isti hava səbəbindən ən çox ölüm halları Andxra Pradeş ştatında qeydə alınıb - 852 nəfər. Telanqana ştatında isə 266 nəfər istilərin qurbanı olub.
Andxra Pradeş ştatında 44,8 dərəcə isti qeydə alınıb. Telanqana ştatında isə temperatur rekordu 46,8 dərəcə təşkil edib. Sinoptiklər anomal istilərin yaxın iki gün ərzində davam edəcəyini proqnozlaşdırıblar.
Qeyd edək ki, havanın temperaturunun 40 dərəcəni keçməsi Hindistanda quraqlıq mövsümü üçün xarakterikdir. Quraqlıq mövsümü martdan iyuna qədər müşahidə olunur.
OXŞAR XƏBƏRLƏR
19:33
1128
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1088
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
1100
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1286
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1542
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1565