Şimali Koreya müdafiə nazirinin edam görüntüləri yayıldı
Bu ayın əvvəlində dünya mediasında Şimali Koreya müdafiə nazirinin ölkə rəhbəri Kim Çen Inın göstərişi ilə zenit topu ilə güllələnməklə edam edilməsi barədə məlumat yayılmışdı. O vaxt inandırıcı görünməyən bu xəbər, sən demə, gerçək imiş.
APA TV-nin xəbərinə görə, bu gün sosial şəbəkələrdə sözügedən edam səhnəsinin video görüntüləri yayılıb. Dəhşət saçan görüntüləri diqqətinizə çatdırırıq.
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) silahlı qüvvələr naziri Xön Yön Çxol aprelin 30-da izdiham qarşısında zenit topundan güllələnərək edam olunub. “Renxap” agentliyinin yaydığı məlumata görə, vəzifəsindən azad olunan nazir KXDR lideri Kim Çen Inın iştirak etdiyi hərbi paradda yuxulamaqda ittiham olunub.
OXŞAR XƏBƏRLƏR
16:45
108
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1164
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1122
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
1112
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1289
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1545