Parisdə erməni diasporunun rəhbəri azərbaycanlı qadını təhqir etdi - VİDEO
Fransada erməni diasporunun təşkil etdiyi konfrans qalmaqalla bitib. APA TV-nin “DHA” agentliyinə istinadən yaydığı məlumata görə, Ermənistanın Dağlıq Qarabağı işğal etməsinə haqq qazandırmağa həsr olunmuş konfransda Fransadakı erməni diasporunun liderlərindən Klod Mutafyan tədbir iştirakçılarına Qarabağ həqiqətlərini açıqlayan azərbaycanlı qadını təhqir edib. Parisin 5-ci bölgə bələdiyyəsinin binasında milliyyətçi və irqçi ermənilərin çıxışlarından sonra Azərbaycan vətəndaşı olan qadının verdiyi suallar narazılığa səbəb olub. Qadın ermənilərə “BMT-nin Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağı tələb edən dörd qətnaməsi var, niyə bu qətnamələrə əməl etmirsiniz” sualı ilə müraciət edib. Bu sualdan qeyzlənən Klod Mutafyan tərbiyəsizlik edərək azərbaycanlı qadının üzərinə cumub və onu təhqir etməyə başlayıb. Qalmaqaldan sonra konfrans işini yarımçıq saxlayıb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər