Moskva-Sankt-Peterburq təyyarəsində azərbaycanlı intihara cəhd edib
Moskva-Sankt-Peterburq reysi ilə uçan təyyarədə intihara cəhd olub.
APA-nın “fontanka.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 25-i saat 23 radələrində baş verib.
Təyyarə “Pulkovo” hava limanına eniş etməzdən qabaq 62 yaşlı azərbaycanlı kişi tualetə girərək qapını kilidləyib. “Daha belə yaşamaq istəmirəm” deyə qışqıran azərbaycanlı qol damarlarını kəsib. Bunu görən stüardessa fövqəladə vəziyyət əməkdaşlarını çağırıb. Həmin şəxs xilas edilib və xəstəxanaya çatdırılıb. Faktı nəqliyyat polisinin mətbuat xidməti təsdiqləyib. İntihar etmək istəyən şəxsin kimliyi açıqlanmır.
Sank-Peterburq hüquq-mühafizə orqanları təyyarədə intihara cəhd faktı ilə bağlı araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR
16:45
111
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1165
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1123
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
1112
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1289
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1545