Barak Obama Azərbaycan prezidentini təbrik edib
ABŞ prezidenti Barak Obama Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 may - Respublika Günü münasibətilə təbrik edib.
APA-nın məlumatına görə, B.Obamanın məktubunda deyilir:
“Hörmətli cənab Prezident, 28 may Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. 1918-ci ildə dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin qurulmasını qeyd etdiyiniz zaman, bilin ki, Birləşmiş Ştatlar bütün azərbaycanlılar üçün daha çiçəklənən, daha demokratik gələcəyi həmin miras əsasında təmin edən Azərbaycanla əməkdaşlığa sadiqdir.
Azərbaycan müstəqilliyini qazandığı vaxtdan, Amerika Birləşmiş Ştatları Azərbaycanın təhlükəsizliyinə, demokratik və iqtisadi inkişafına güclü dəstək verir. Biz bunu ikitərəfli münasibətlərimizi, bir çox sahələrdə tərəfdaşlığımızı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, Əfqanıstanda sabitliyin təşviqini və Avropanın enerji təchizatının şaxələndirilməsini yüksək dəyərləndirdiyimiz üçün edirik.
Tərəfdaşlığımız həmçinin xalqlarımız arasında əlaqələr sayəsində güclənir. Bütün vətəndaşların fundamental azadlıqların təmin edilməsi hər iki ölkənin təhlükəsizliyini möhkəmləndirəcək və hökumətlərimiz arasında daha sıx əlaqələndirməyə imkan yaradacaqdır.
Lütfən milli bayramınız münasibətilə ən xoş arzularımı qəbul edin”.
OXŞAR XƏBƏRLƏR
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib