Azərbaycanda kollecə qəbul qaydaları dəyişdirildi
Bu ildən Azərbaycanda kollecə qəbul qaydaları dəyişdirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA TV-yə verilən məlumata görə, bu ildən etibarən əvvəlki illərdə olduğu kimi I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə imtahanda iştirak edib toplanılan bala əsasən kolleclərin müsabiqəsində iştirak etmək mümkün deyil.
Bu il tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (texnikumlara) qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. Orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən və 11 illik bazada kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün isə iyulun 2-də buraxılış imtahanları səviyyəsində qəbul imtahanı keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
16:45
119
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1167
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1125
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
1112
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1289
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1545