Şirvanda da bina üzlükləri sökülür
Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsindən sonra Şirvanda bəzi binaların fasadlarına vurulmuş üzlüklərin sökülməsinə start verilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, şəhərin çoxmərtəbəli binalarının fasadına vurulmuş penopoliuretan üzlüklərin sökülməsi prosesi ölkə prezidentinin müvafiq göstərişinə əsasən Şirvan şəhər İcra Hakimiyyətində yaradılmış komissiyanın qərarına uyğun həyata keçirilir.
Komissiyanın qərarı ilə penopoliuretanla üzlənmiş 3 beşmərtəbəli və 6 üçmərtəbəli binanın sökülməsinə qərar verilib.
Şirvan şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, üzlük materialların sökülməsi prosesi tez bir zamanda başa çatacaq. Binalarda sökülən üzlüklər estetik baxımlı alternativ tikinti materialları ilə əvəzlənəcək.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər