Polşada yeni prezident seçildi
Polşanın yeni prezidentinin adı məlum olub. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Ancey Duda 53 faiz səslə birinci olub. Əvvəlki dövlət başçısı Bronislav Komarovski isə cəmi 47 faiz səs toplaya bilib.
Ancey Dudanı ən çox əyalətlərdə yaşayan vətəndaşlar dəstəkləyiblər. O, seçki kampaniyasında məhz onlara səslənmiş və ölkədə kənd təsərrüfatını inkişaf etdirməyə söz vermişdi. "Mən hamıya minnətdaram, onlara, məni dəstəkləyənlərə, adlarını bilmədiyim insanlara təşəkkür edirəm. Mən ölkəni onlarla bir yerdə idarə edəcəyəm. Mən onsuz da sizsiz bunu bacarmaram" - deyə Duda bildirib.
Məğlub dövlət başçısı Komarovski isə nəticələrdən təəssüfləndiyini gizlətməyib və bunu çətin sınaq adlandırıb. "Demokratik və azad Polşanın seçimi göz qabağındadır. Mən buna böyük hörmətlə yanaşıram. Ancey Dudanı təbrik edirəm" - deyə o əlavə edib.
Xatırladaq ki, Duda ilə Komarovski arasında seçki debatlarında kəskin fikir ayrılıqları yaşanmışdı.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər