Lənkəranda da bina üzlükləri sökülür
Bakıda baş verən məlum yanğın hadisəsindən sonra Lənkəranda da binaların fasadlarına vurulmuş üzlüklərin sökülməsinə başlanılıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, 3 il əvvəl şəhərin çoxmərtəbəli binalarının fasadına vurulmuş penopoliuretan üzlüklərin sökülməsi prosesi şəhər icra hakimiyyətində yaradılmış komissiyanın qərara uyğun və birbaşa nəzarəti altında həyata keçirilir. Söküntü işləri günün sonuna kimi başa çatdırılacaq.
Qeyd edək ki, Lənkəranda 1 beşmərtəbəli, 3 dördmərtəbəli və 1 ikimərtəbəli bina penopoliuretanla üzlənib. Söküntü işləri bu binaların hamısında tətbiq olunacaq.
Lənkəran Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhərin binalarında istifadə olunan material Türkiyə istehsalı olmaqla, birbaşa qardaş ölkədən gətirilib. Bu materiallar odda yanmır, amma onlarda ərimə prosesi gedir. Bununla belə, vətəndaşların narahatlığını nəzərə alaraq bunların sökülməsinə qərar verilib. Həmin binalar sonradan yenə Lənkəranın memarlıq xüsusiyyətlərinə uyğun yüksək səviyyədə alternativ materiallarla üzlənəcək.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər