Devid Kemeron: "Avropa İttifaqı ilə münasibətlərə yenidən baxacağıq"
Latviya paytaxtında keçirilən Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı sammiti yekunlaşıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, toplantı çərçivəsində Böyük Britaniya Avropa İttifaqı ilə əlaqələri yenidən götür-qoy edəcəyini açıqlayıb.
"Britaniyanı dar çərçivə qane etmir. Biz bunun üçün birləşməmişdik, ona görə də məsələyə yenidən münasibət bildirməliyik. Bizi qurumun coğrafiyasını genişləndirmək imkanı ola-ola bundan istifadə etməməsi, vahid bazarın kifayət qədər qorunmaması qane etmir. Biz qanunsuz miqrasiyanın genişlənməsinin əleyhinəyik. Bu, bizim sosial xərclərimizin artmasına gətirib çıxarıb" - deyə İngiltərənin baş naziri vurğulayıb.
Xatırladaq ki, Devid Kemeron gələn həftə bu sualları aydınlaşdırmaq məqsədilə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandla görüşəcək. Görüşlərdə Böyük Britaniyanın Avropa İttifaqı ilə bağlı təklif etdiyi islahatlar müzakirə olunacaq.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər