Meksika küçələrində 42 narkobaron güllələndi - REAL GÖRÜNTÜ
Meksikada narkomafiya ilə polis arasında silahlı insident baş verib.
APA TV-nin "Vesti.az"a istinadən xəbərinə görə, narkokartel silahlıları asayiş keşikçilərini atəşə tutublar.
Bundan sonra polis əməliyyat keçirməyə məcbur olub. Atışmada 42 mafiya üzvü və bir polis olub. İnsident Miçoakan ştatında baş verib. Polis Tanuato yaşayış məntəqəsində silahlı şəxslərin bir evdə gizləndikləri barədə məlumat əldə edib. Əraziyə dərhal polis və hərbçilər göndərilib.
"Biz bir əməkdaşımızın həlak olmasına çox kədərlənirik. O, yaralı cinayətkarlardan birini atəş altından çıxarmaq istəyərkən gülləndi" - deyə hadisə yerinə cəlb olunmuş təhlükəsizlik qüvvələrinin komandiri bildirib. O əlavə edib ki, asayiş keşikçiləri 3 cinayətkarı canlı ələ keçirib.
OXŞAR XƏBƏRLƏR
16:45
254
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1240
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1191
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
1118
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1293
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1549