Dövlət Gömrük Komitəsinin sədri Qubada vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Quba şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti gömrük orqanlarında işə qəbulla bağlı olub.
Qəbul zamanı A.Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
OXŞAR XƏBƏRLƏR
16:45
251
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1237
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1190
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
1118
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1293
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1549