Bölgələrdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq
Mayın 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 22-26 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 27-31, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
18:35
370
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
16:23
498
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
15:08
639
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
16:36
1114
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1131
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1851