DSX rəisi Elçin Quliyev Şəmkirdə vətəndaşları qəbul edib
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən Şəmkir Sərhəd Dəstəsində vətəndaşların qəbulunu keçirib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Şəmkirdə sayca 3-cü olan qəbulda Samux, Qazax, Ağstafa və Şəmkir rayonundan olan 50-ə yaxın vətəndaş iştirak edib.
Qəbul zamanı vətəndaşların DSX-də xidmətə qəbul, sərhəd boyu zonada fəaliyyət göstərən fermer təsərrüfatlarının problemlərinin həll olunmasında köməkliyin göstərilməsi, tibbi yardımın göstərilməsi, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.
Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıq ediblər.
OXŞAR XƏBƏRLƏR
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib