Azərbaycanda Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisi başlayır
Sabah Azərbaycanda Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisi təşkil olunacaq.
APA TV-nin xəbərinə görə, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev keçiriləcək sərgidə 39 ölkədən 293 şirkətin iştirak edəcəyini bildirib.
“Sərgi 21-23 may tarixlərində keçiriləcək. Bu sərgidə 39 ölkədən 293 şirkət iştirak edəcək. Bu şirkətlərdən 83-ü yerli, 210-u isə xarici şirkətdir. Sərgidə yeni suvarma texnologiyaları, yeni kənd təsərrüfatı texnikaları, yemlə bağlı olan texnikalar, eyni zamanda “Aqrolizinq” tərəfindən gətirilən cins heyvanlar nümayiş olunacaq”, - deyə nazir müavini bildirib.
İlham Quliyev sərgidə Argentina, Avstraliya, Belarus, Gürcüstan, Litva və Polşanın öz milli stendləri ilə iştirak edəcəklərinin bildirib.
”İki ölkə - İordaniya və Əlcəzair ilk dəfə bu sərgidə iştirak edəcək” - deyə nazir müavini əlavə edib.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir