Radik İsayev: "Rəqiblər gözlədiyimdən də güclü idi"
Dünya çempionu olan taekvondoçumuz Radik İsayev vətənə qayıdıb.
APA TV-nin məlumatına görə, taekvondoçumuzu Heydər Əliyev adın Hava Limanında Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi, məşq yoldaşları və yaxınları qarşılayıblar.
Hava limanında sevincini jurnalistlərlə bölüşən Radik bildirib ki, bütün görüşlər onun üçün ağır keçib: "Rəqiblər gözlədiyimdən daha da güclü idi. Fəxri kürsüyə yaxınlaşdıqca, daha çətin idmançılarla üz-üzə gəlirsən. Çoxdandır çempionluq qazana bilmirdik. Sağ olsunlar, bütün komandamız mənə mənəvi dəstək verdi. Nəticədə qızıl medalı yenidən Azərbaycana gətirdim".
Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev Radik İsayevin görüşləri barədə məlumat verərək, yarışların gərgin keçməsinə baxmayaraq, idmançımızın böyük əzm göstərməklə rəqiblərini üstələdiyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan taekvondoçusu Radik İsayev 87 kq çəki dərəcəsində Rusiyanın Çelyabinsk şəhərində keçirilən mundialda qızıl medala sahib çıxıb.
OXŞAR XƏBƏRLƏR
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib