Bakıda binalardan yanğına həssas olan üzlüklərin sökülməsinə başlandı
Bakıda hündürmərtəbəli binalardan yanğına həssas olan üzlüklərin sökülməsi prosesinə başlanılıb.
APA-nın məlumatına görə, artıq Bakıxanov qəsəbəsinin mərkəzində, Xətai və Binəqədi rayonlarında icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə yanğına həssas örtüklərin söküntüsü işi aparılır.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq Əliyev APA-ya artıq söküntü işlərinə başlandığını bildirib. Onun sözlərinə görə, prezidentin tapşırığı və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun mayın 19-da verdiyi sərəncam əsasında yanğına həssas üzlüklərin sökülməsinə başlanılıb.
İcra başçısının müavini qeyd edib ki, Zığ şosesi boyunca 14 bina və "Qara şəhər"də bir bina olmaqla ümumilikdə Xətai rayonu ərazisində 15 binanın üzlüyü dəyişdiriləcək. Bu binalarda yanğına həssas üzlüklər daş üzlüklərlə əvəzlənəcək.
OXŞAR XƏBƏRLƏR
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib