Kəmaləddin Heydərov və Zeynal Nağdəliyev yanmış binaya baxış keçiriblər
Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini Zeynal Nağdəliyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Binəqədi rayonunda yanmış binanın ərazisinə gəliblər.
APA TV-nin məlumatına görə, Zeynal Nağdəliyev və Kəmaləddin Heydərov hadisə yerinə baxış keçiriblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov son vəziyyətlə bağlı onları məlumatlandırıb.
Rəsmilərə yanğının fəsadları barədə tərtib olunmuş aktlar təqdim olunub.
Qeyd edək ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Özbəkistana səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb.
Xatırladaq ki, mayın 19-da Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Yanğın nəticəsində 14 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir