Azərbaycan prezidenti Etnik Anlaşma Fondunun sədrini qəbul edib
Mayın 18-də Azərbaycan prezidenti İlham Əliyev ABŞ-da yerləşən Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayeri qəbul edib.
APA Tv-nin xəbərinə görə, Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayer Azərbaycanda gedən ümumi inkişaf proseslərinin maraqla izlənildiyini, Bakıda gördüklərinin onda dərin təəssürat yaratdığını bildirib. O, Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində rəhbərlik etdiyi təşkilatın maraqlı olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun dünyada multikulturalizm ənənələrinin yaşadılmasına mühüm töhfə olduğu bildirilib, onun mədəniyyətlərin bir-birinə daha da yaxınlaşması baxımından əhəmiyyəti vurğulanıb. Bu tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə töhfəsi kimi qiymətləndirilib.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir