Sabah Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Mayın 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-15, gündüz 21-26 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 12-17, gündüz 22-29, dağlıq və dağətəyi rayonlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
19:32
256
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
307
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
313
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
318
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1273
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1226