Əli Əhmədov: “Gənclərin YAP-da əldə etdiyi təcrübə gələcək fəaliyyətlərində mühüm rol oynayacaq”
“Bu gün gənclərin Yeni Azərbaycan Partiyasında əldə etdikləri təcrübə gələcək fəaliyyətlərində mühüm rol oynayacaq”. APA TV-nin məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bu gün keçirilən IV konfransında baş nazirin müavini Əli Əhmədov söyləyib.
Əli Əhmədov gənclərlə bağlı gözləntilərini açıqlayıb:
“Gənclik dövründə formalaşan xarakter bütövlükdə gəncin taleyini müəyyənləşdirir. Partiyaya Heydər Əliyev ideyalarına sədaqət arzulayıram. Bu keyfiyyətlərə sahib olsanız, bu keyfiyyətlər həyatda uğur qazanmanızı təmin edəcək. Mən gənclərin çox oxumasını, müasir dünyagörüşünə malik olmalarını istəyirəm. Yeni Azərbaycan Partiyasının gəncləri dərin biliklərə malik olmalı, Azərbaycanın taleyini müəyyən edəcək insanlar kimi fəaliyyət göstərə bilməlidirlər”.
Əli Əhmədov YAP Gənclər Birliyinin bu konfransda seçilən yeni rəhbərliyinin başçılığı altında Gənclər Birliyinin daha böyük uğurlar qazanacağına inandığını vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir