Çin alqışladı: Hindistan antiqərb koalisiyasında
Pekində Çin və Hindistan baş nazirlərinin görüşü keçirilir. APA TV-nin məlumatına görə, Hindistanın xarici işlər nazirinin müavini Çinin rəsmi Dehlinin Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq istəyini alqışladığını bildirib. Hökumət rəhbərlərinin iştirakı ilə iki dövlət arasında müxtəlif sahələr üzrə 24 sənəd imzalanıb: "Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmasına gəlincə biz bundan çox məmnunuq" - deyə Çinin baş naziri bəyan edib. Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatında hazırda 6 ölkə - Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan təmsil olunur. Qurumda müşahidəçi statusunda isə Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstan yer alırlar. Ötən ilin sentyabrında Pakistan, Hindistan və İran quruma tamhüquqlu üzv olmaq üçün rəsmi müraciət ediblər. Təşkilata müşahidəçi qismində qatılmaq üçün isə Şri-Lanka, Türkiyə və Ermənistan ərizə veriblər.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir