Azərbaycanda havanın temperaturu yüksəlir
Mayın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, sabah mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 10-15, gündüz 22-27 dərəcə, dağlıq rayonlarda isə gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
19:32
345
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
406
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
416
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
325
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1278
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1231