Ermənistanda fəhlələrin oturaq aksiyası başladı
Ermənistanda fəhlələrin kütləvi etiraz aksiyalarına start verilib.
APA TV-nin məlumatına görə, İrəvanda “Nairit” zavodunun işçiləri maaşlarının verilməsi və zavodun fəaliyyətinin bərpa olunması tələbi ilə hökumət binası qarşısında iki günlük oturaq aksiyaya başlayıb.
Aksiya iştirakçıları hökumət binasından çıxan dövlət məmurlarını fitə basıblar. Məlumata görə, aksiya keçirilən əraziyə çoxlu sayda polis qüvvələri yeridilib.
Qeyd edək ki, kimyəvi maddələr istehsal edən zavod 3 ildir bağlanıb. Bu müddətdə zavod əməkdaşları maaşlarını ala bilməyiblər.
Etirazçılar maaşları verilməyəcəyi təqdirdə, aksiyanı gələn həftəyə kimi davam etdirəcəklərini bildiriblər.
OXŞAR XƏBƏRLƏR
19:32
345
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
406
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
416
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
325
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1278
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1231