Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov həbs edildi
Səbayel Rayon Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun barəsində həbs-qətimkan tədbiri seçilib.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun APA-ya verdiyi məlumata görə, Rəşad Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılır.
Elçin Behbudov Rəşad Məmmədovun dövlət tərəfindən vəkillə təmin olunduğunu və hazırda istintaq aparıldığını deyib.
Qeyd edək ki, Rəşad Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub.
OXŞAR XƏBƏRLƏR
19:32
352
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
414
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
427
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
325
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1279
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1232