Bakı aeroportunda silahlı şəxs tutuldu
Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda silahlı şəxs saxlanılıb.
Bu barədə “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli bildirib.
Onun sözlərinə görə, səhər saat 04:30-da Ukrayna Beynəlxalq Hava Yollarının təyyarəsinə minik başlayarkən Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları Bakıdan Kiyevə uçan Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Vaqif Saleh oğlunun üzərindən tabel silahı olan “Makarov” tipli tapança aşkar edib. Saxlanılan şəxsin üzərindən tapança ilə yanaşı, 1 ədəd daraq və 6 ədəd döyüş patronun aşkar edilərək götürülüb.
1977-ci il təvəllüdlü Vaqif İsmayılov Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR
19:32
352
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
414
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
427
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
325
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1279
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1232