Böyük Britaniya - Avropa İttifaqı: "müharibə" başladı
Böyük Britaniya hökuməti Avropa İttifaqının miqrant siyasətinə qarşı müharibə elan etdiyini bildirib.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, daxili işlər naziri Tereza Mey bəyan edib ki, onun təmsil olunduğu hökumət Avropa İttifaqının sərhədlərinə qanunsuz daxil olan bütün miqrantların dərhal çıxarılmasını tələb edir.
Nazir bildirib ki, onlar üçün yaradılmış sığınacaqlar ittifaq ərazisinə yeni miqrant axınına şərait yaradır. Tereza Mey iddia edib ki, Avropa Komissiyasının bu siyasəti həmin miqrantları Avropa İttifaqına daxil olan ölkələr üzrə bölməkdir. "Bu bölgü ÜDM-un həcminə görə müəyyən ediləcək və belə çıxır ki, varlı ölkələr daha çox miqrant yükü götürəcəklər" - deyə nazir əlavə edib.
OXŞAR XƏBƏRLƏR
18:35
245
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
16:23
384
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
15:08
478
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
16:36
1109
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1127
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1848