Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub
Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinatlar olub.
Komitədən "APA-Economics"ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin rəisi Ədalət Hüseynəliyev, Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyev və Biləsuvar Gömrük İdarəsinin rəisi Sahib Axundov sərəncama götürülüblər.
Xudafərin Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov Astara Gömrük İdarəsinə rəis təyin edilib.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin I müavini Azər Məmmədov Xaçmaz Gömrük İdarəsinin rəisi, Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin müavini İlqar Abdullayev isə Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsini icra edəcəklər.
Komitədən o da bildirilib ki, bu adi prosedur qaydadır: "Bu, Komitə daxilində adi yerdəyişmədir və mütəmadi olaraq baş verir".
OXŞAR XƏBƏRLƏR
18:35
220
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
16:23
368
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
15:08
453
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
16:36
1107
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1125
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1846