Azərbaycan prezidenti Bakıda Avropa Oyunları Parkının açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva Avropa Oyunları Parkının açılışında iştirak ediblər.
APA TV-nin məlumatına görə, dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan prezidentinə və xanımına məlumat verib ki, Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir.
Prezident və xanımı parkda görülən işlərlə tanış olublar. Sonra dövlət başçısı və xanımı parkın ərazisində Oyunlar zamanı Avropadan olan rəsmi və texniki heyətə xidmət göstərəcək taksilərə baxıb.
OXŞAR XƏBƏRLƏR
19:32
352
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
414
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
427
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
325
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1279
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1232