Şimali Koreyanın müdafiə naziri edam olunub
Koreya Xalq Demokratik Respublikasının (KXDR) silahlı qüvvələr naziri Xön Yön Çxol aprelin 30-da izdiham qarşısında zenit topundan güllələnərək edam olunub.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Renxap” agentliyi məlumat yayıb. Məlumata görə, vəzifəsindən azad olunan nazir KXDR lideri Kim Çen Inın iştirak etdiyi hərbi paradda yuxulamaqda ittiham olunub.
Qeyd edək ki, 2013-cü ilin dekabrında KXDR Xalq Təhlükəsizlik Nazirliyinin hərbi tribunalının hökmünə əsasən, ölkə başçısı Kim Çen Inın əmisi Çan Son Txek edam edilib. Edam edilən 67 yaşlı Çan Son Txek əvvəllər Dövlət Müdafiə Komitəsi sədrinin müavini postunda çalışıb. Çan Son Txekə qarşı dövlət çevrilişi və korrupsiya ittihamı irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR
18:35
220
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
16:23
368
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
15:08
453
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
16:36
1107
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1125
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1846