Maştağada piyada vuruldu, sürücü hadisə yerindən qaçdı
Ötən gecə Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Maştağa qəsəbəsində 58 yaşlı Səmədov Nizami Barat oğlu naməlum avtomobil tərəfindən vurulub. Yaralı hadisə şahidləri tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlər Nizami Səmədovun vəziyyətini ağır qiymətləndirir.
Piyadanı vuran avtomobilin sürücüsü ona heç bir yardım göstərmədən hadisə yerindən uzaqlaşıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Piyadanı vuraraq, hadisə yerindən qaçan sürücünün axtarışları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
19:32
454
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
517
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
531
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
335
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1286
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1240