Bayram Səfərov: "Ermənistan hakimiyyəti erməniləri təzyiq altında saxlayır"
“Ağlı olan ermənilər özlərinə yeni rəhbər seçməlidirlər”. APA TV-nin məlumatına görə, bunu “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
O qeyd edib ki, hazırkı Ermənistan hakimiyyəti erməniləri təzyiq altında saxlayır: “Biz nə edək ki, bəxtimizdə ermənilərlə qonşu olmaq var? Biz demirik ki, ermənilər Qarabağda yaşamasınlar. Biz deyirik ki, Azərbaycan qanunlarına, Konstitusiyasına, xalqımıza hörmət edərək yaşasınlar. Bu da bir həqiqətdir ki, ermənilərin heç də hamısı müharibə istəməyiblər. Ancaq orda onları bugünkü Ermənistan hakimiyyəti təzyiq altında saxlayır. Çünki hazırkı Ermənistan rəhbərliyi cinayətkar və canidir, əlləri qana batıb. Ona görə də onlar Azərbaycan tərəfi ilə münasibət qurmaq, sülh, danışıq aparmaq istəyən erməniləri cəzalandırır. Bunu da ermənilər bilirlər”.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir