Zaqatalada evdə yanğın olub
Zaqatala rayonunda fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA TV-yə verilən məlumata görə, yanğın rayonun Göyəm kəndində qeydə alınıb.
Süleyman Abdulqədir oğlu Çobanova məxsus, ümumi sahəsi 200 kv. m olan ikimərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evi qəfil alovlanıb.
Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin birinci mərtəbəsinin tavanı və mətbəxdə mebelin bir hissəsi yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:32
472
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
537
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
549
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
337
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1288
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1242