"Baku Fires" “Mexico Guerreros” komandasına 3:2 hesabı ilə qalib gəlib
Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) ¼ final mərhələsinin cavab görüşü keçirilib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, komandamız Meksikanın “Mexico Guerreros” komandası ilə qarşılaşıb.
İlk döyüşündə Murad Rabadanov (52 kq) Orlando Ahuatl Huitzillə, Nəsrəddin Məmmədov (60 kq) Delqado Garza Lindolfo ilə, Orxan Xasməmmədov (69 kq) Reyes Anguiano Hektor Andreslə, Mixail Dauqalivets (81 kq) Mina Kaisedo Karlos Andreslə, Hacı Murtuzəliyev (+91 kq) isə Ramirez Vargas Edgar Alberto ilə üz-üzə gəlib.
Komandamız 3:2 hesabı ilə rəqibinə qalib gəlib. İki oyunun nəticəsinə görə yarımfinala Meksika klubu çıxıb.
Qeyd edək ki, ötən gün keçirilən ilk görüşdə “Baku Fires” 1:4 hesabı ilə məğlub olmuşdu.
OXŞAR XƏBƏRLƏR
16:23
249
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
15:08
354
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
16:36
1089
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1120
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1838
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
1085