Qubada Ümumdünya Boks Seriyasının ¼ final mərhələsi keçirilir
Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) ¼ final mərhələsinin ilk görüşü keçirilib.
APA TV-nin şimal bürosunun məlumatına görə, komandamız Meksikanın “Mexico Guerreros” komandası ilə qarşılaşıb.
İlk yarış günündə çəkisi 49, 56, 64, 75 və 91 kq olan boksçular rinqə çıxıb. İlk döyüşdə “Baku Fires”in üzvü Rəsul Saliyev (49 kq) Jozelito Velaskes Altimirano (“Mexico Guerreros”) ilə rinqə çıxıb və idmançımız məğlub olub.
Yaraş Maqomedov (56 kq) və Alfredo Çirno Sançes arasında keçirilən döyüşdə də sevinən tərəf meksikalı idmançı olub.
Zaur Abdullayevlə (64 kq) Raul Kuriel Qarsiya arasında gərgin keçən görüşün qalibi rəqib komandanın idmançısı olub.
75 kq çəki dərəcəsində komandamızın üzvü Jaba Xositaşvili Rodrigez Olivası məğlub edib.
Ən ağır çəkidə Leonid Çernobayev isə Kastillyo Torres ilə qarşılaşıb. Bu dəfə də “Mexico Guerreros” komandasının üzvü qalib gəlib.
Komandamız ümumi hesabda 4:1 hesabı ilə məğlub olub.
Bu gün isə digər çəki dərəcələrində çıxış edən idmançılar güclərini sınayacaq.
Qeyd edək ki, bu cütdə qələbə qazanan komanda yarımfinalda liqanın son qalibi “Cuba Domaderos”la görüşəcək və hər iki qarşılaşma rəqib meydanında olacaq.
OXŞAR XƏBƏRLƏR
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”